Permdə avtobus qəzası: 22 yaralı


Dünya 17 Avq 2019 20:02:00 292 0

Permdə avtobus qəzası: 22 yaralı

Rusiyanın Perm vilayətində avtobusun dirəyə çırpılması nəticəsində bir nəfər ölüb, 22 adam yaralanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 17-də Perm vilayətinin Orconikidze rayonunda marşrut avtobusu dirəyə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər, o cümlədən 5 uşaq yaralanıb. Uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.