“Netflix” Elvis Preslini casus obrazında təqdim edəcək


Digərləri 17 Avq 2019 20:08:00 191 0

“Netflix” Elvis Preslini casus obrazında təqdim edəcək

"Netflix" striminq servisi Elvis Presli haqqında "Agent King" adlı animasiya serialı çəkəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, serial komediya janrında çəkiləcək. Elvis məxfi təşkilatda işləyən və şər qüvvələrlə mübarizə aparan casus obrazında təqdim olunacaq.

Serialın anonsu müğənninin vəfatının 42-ci ildönümünə həsr olunub. Ssenari müəllifi Mayk Arnold olacaq. Con Eddi və müğənninin keçmiş xanımı Pristsilla Presli həmmüəllif və icraçı prodüser qismində çıxış edəcəklər.

P.Preslinin sözlərinə görə, Elvis uşaqlıqda dünyanı xilas edən superqəhrəman olmağı arzulayıb və bu serial "həmin arzunu gerçəkləşdirəcək". P.Presli qeyd edib ki, "Netflix" və "Sony Animation" şirkətləri ilə çalışmaq Elvisi tamaşaçılara başqa obrazda təqdim etmək üçün əla fürsətdir.

(adsgarden = window.adsgarden || []).push({});