İdman insan ömrünü qısaldırmış


Digərləri 17 Avq 2019 20:10:00 250 0

İdman insan ömrünü qısaldırmış

Finlandiya alimləri idmanın insan ömrünə təsiri ilə bağlı araşdırma aparıblar. e-tibb.az-ın xəbərinə görə, tədqiqat nəticəsində onlar belə qənaətə gəliblər ki, sağlam həyat tərzi kütləvi şəkildə idman fəaliyyətini özündə cəmləşdirsə də, fiziki fəaliyyət insan ömrünün 16 faiz qısalmasına səbəb olur. Mütəxəssislər bildiriblər ki, insan ömrünün uzunluğu genetika ilə bağlıdır, onu hər hansı bir vasitə ilə, eləcə də idmanla uzatmaq mümkün deyil. Əksinə, idman ömrün qısalmasına səbəb olur. Alimlər bununla  bağlı genetik cəhətdən oxşar siçovullar seçib, onlar üzərində təcrübə aparıb, həyat tərzlərini izləyiblər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, fiziki fəaliyyətlə məşğul olan canlıların onlarla eyni, ancaq fiziki cəhətdən aktiv olmayan həmcinslərinə nisbətən 16% az yaşadıqları müəyyən edilib.

Elm adamları əkizlər üzərində aparılan təcrübə nəticəsində də belə qənaətə gəliblər ki, insanların da ömrü siçovullarda olduğu kimi idmanın təsirindən qısalır.

(adsgarden = window.adsgarden || []).push({});