Qızılı zeytun yağının orqanizmə qızıl dəyərində faydaları


Digərləri 17 Avq 2019 19:55:00 271 0

Qızılı zeytun yağının orqanizmə qızıl dəyərində faydaları

Qədim dövrlərdə zeytun yağını " qızıl suyu " adlandırıblar. Bu zeytun yağının insan orqanizminə verdiyi faydalardan dolayı olub. * Zeytun yağı tərkibində olan turşuluq sayəsində qanda olan pis xolesterinin miqdarını azaldır və mübadilə prosesini sürətləndirir. * Təmiz zeytun yağı arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq zeytun yağından istifadə edən adamlarda ürək-damar xəstəlikləri riski az olur. Belə adamların qan damarlarının divarları möhkəm və elastik olur. * Zeytun yağı sümük toxumasını möhkəmləndirir. Bu səbədən də həkimlər uşaqların qidalarının təbii zeytun yağı ilə bişirilməsini tövsiyə edirlər. * Zeytun yağı görməni yaxşılaşdırır. *O bütün orqanların tonusunu yüksəltmək qabiliyyətinə malikdir. * Təbii zeytun yağı sinir sisteminin də möhkəmlənməsinə səbəb olur. * Təbii zeytun yağı ən gözəl kosmetoloji vasitə sayılır. Tərkibində olan E vitamini sayəsində zeytun yağı dərinin epidermis qatını qocalmadan qoruyur. * Zeytun yağı mədə və bağırsaqların selikli qişasında qoruyucu təbəqə rolu oynayır. 3-4 ay müddətində acqarına zeytun yağı içmək qastriti və mədənin onikibarmaq yarasını sağaltmaq qabiliyyətinə malikdir. * Zeytun yağı qaraciyəri toksinlərdən, şlaklardan, sərbəst radikallardan təmizləyir. * Zeytun yağının ən gözəl xüsusiyyətlərindən biri isə onkoloji xəstəliklərin əmələ gəlmə riskini azaltmasidir. Zeytun yağının tərkibindəki antioksidantlar, turşular hüceyrələrin yenilənməsini təmin edir və orqanizmi şiş toxumalarından qoruyur.

(adsgarden = window.adsgarden || []).push({});