Ağızda acı, turş, şirin dadlar: Bu hal nədən xəbər verir?


Digərləri 17 Avq 2019 19:45:00 270 0

Ağızda acı, turş, şirin dadlar: Bu hal nədən xəbər verir?

Hər hansı qida qəbul etmədən ağızda dad hissiyyatının olması hər kəsə tanış haldır. Ağızda müxtəlif - acı, turş, hətta şirin dad hissiyyatının yaranması normal qəbul edilsə də, bu, bəzən hansısa xəstəliyin əlaməti də ola bilər. İmplant Estetik Tibb Mərkəzinin açıqladığı məlumatda bildirilir ki, bu, hər hansı xəstəliyin ilk simptomlarından biri ola bilər. Ağızda bu kimi dad hissi uzun zaman davam edərsə, buna laqeyd yanaşmaq olmaz.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bəs ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlaməti ola bilər?

Şirin dad

- mədəaltı vəzi xəstəlikləri

- şəkərli diabet

- nəfəsalma sisteminin infeksion xəstəlikləri

- sinir sisteminin fəaliyyətində pozulmalar

- güclü xroniki stress və depressiya

- siqaret çəkməkdən imtina

- bəzi kimyəvi maddələrlə zəhərlənmə

(adsgarden = window.adsgarden || []).push({});