Çin Venesuela neftindən imtina edir


Dünya 17 Avq 2019 18:48:00 232 0

Çin Venesuela neftindən imtina edir

Çinin CNPC korporasiyası ABŞ sanksiyaları ucbatından Venesueladan birbaşa neft alışını dayandırır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, artıq CNPC Karakasdan 5 milyon barellik neft alışını ləğv edib.

Çin şirkəti hələlik Venesuela ilə əməkdaşlığın dayandırılması haqqında informasiyanı şərh etməkdən imtina edib.

Qeyd edək ki, bundan öncə ABŞ Venesuelanın bütün dövlət şirkətləri və qurumlarının aktivlərinə qarşı sanksiya tətbiq edib.