Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü


Digərləri 17 Avq 2019 18:36:00 233 0

Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

Tərtər rayonunun Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində Tərtər rayonunun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.