Fransada atəşfəşanlıq zamanı 13 nəfər xəsarət aldı
Dünya 17 Avq 2019 18:24:00 223 0
Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb.
Son.az Trend-ə istinadən bildirir ki, qayıqdan sahilə buraxılan fişənglərdən biri elə qayıqdaca partlayıb.
Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə yerində yardım göstərilib.
Hadisənin fəsadlarının aradan qaldırılması üçün 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.
Mənbə: milli.az