Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR


Digərləri 17 Avq 2019 17:18:00 202 0

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib.

Digər əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

Nazirin imzaladığı digər əmrlə Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.