“Əhali bilsin ki, 40 manatdan baha bal olmur”


Digərləri 17 Avq 2019 17:06:00 229 0

“Əhali bilsin ki, 40 manatdan baha bal olmur”

Bal arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qidadır.

Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

Son.az bildirir ki, Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı balın bu ilki qiymətləri barədə Modern.az-a danışıb. O, təbii balın 1 kiloqramının 20-40 manata arasında dəyişdiyini deyib. 40 manatdan baha satılan bal isə onun fikrincə, marketinq gedişidir.

"Təbii balın bir kiloqramı 20-40 manat arası dəyişir. Elə olur ki,  satıclar balı 70 -80  manata təklif edirlər, bu marketinqdən başqa bir şey deyil. Əhali bilsin ki, 40 manatdan baha bal olmur". Təbii bal iki cür olur. Çiçək balı bütün çiçəklərdən toplanır, digəri isə həşəratların şirəsindən yığılır. Arı öz qidası üçün çiçəyin nektarını  toplayır, ona müəyyən fermentlər qatır və  şanına yığır. Yaxşı bala çox az hallarda rast gəlinir. Əsasən  bu bal növü ağacların şirəsindən və həşəratlardan ibarət olur. Yerdə qalan bütün təbii bal çiçək balı adlanır".

Elçin Bayramlı yaz və payız ballarının özəlliklərindən də danışıb.

"Azərbaycanda əvvəlki illərə nəzər yetirsək, balı adətən avqust ayında süzürdülər. Artıq dövr dəyişib məsələn keçən il  aprel ayından başlayaraq süzməyə başladılar. Arıçılığın mövsümü isə fevral ayından başlayır. Ancaq arıçı üçün yaz payızdan başlayır, bu o deməkdir ki, yaz balı əldə etmək üçün arılara avqust ayının sonlarından qulluq edirlər. Sarmaşıq bitkisinin balı var ki, adı həmişəgöyəm adlanır. Bu bal digərlərindən fərqli olaraq, oktyabr ayında süzülür. Bu bal Azərbaycanda yeganə bal  hesab edilir. Müəyyən istisna ballar da olur ki, sentyabrda süzülür buna süpürgə balı deyilir".

Ekspertin fikrincə, ən yaxşı bal Kəlbəcər-Laçın regionunda olur.

"Azərbaycanın ümumi ərazi bölgəsini götürdükdə ən yaxşı bal Kəlbəcər - Laçın iqtisadi rayonu hesab edilirdi. Təssüf ki, o ərazilər düşmən tapdağı altındadır. Hazırda isə Şəki, Zaqatala, İsmayıllı, Ağsu bölgəsidir. Bu bölgənin balı həm dadlı , həmdə  təbii hesab olunur. Kütləvi olaraq bal yığımında  həcm olaraq aran bölglərini də qeyd edə bilərəm. Bu il Azərbaycanda ən çox balı Kürqırağı ərazilərdən yığdılar. Bir arı yeşiyindən 100 kq bal əldə olundu. Bu kifayət qədər böyük bir rəqəmdir. Son dövrlərdə aran bölgəsinin balına təlabat çox olur. İsmayıllı balı daha yüksək keyfiyyətə malikdir. Çiçək və yem potensialına görə bu ərazilərdə daha çox arı ailələri olur. Arıçılıq meyvəçilikdən fərqli olaraq, bir yerə bağlı olmur. Məsələn biz Ağstafadakı arıxananı müxtəlif rayonlara apara bilirik. Belə deyək bir Ağstafalı arıçıdan İsmayıllı balını almaq mümkündür. Həmin arıçı iyul ayında balı İsmayıllıya apara  bilər və orda da süzər".

(adsgarden = window.adsgarden || []).push({});