ABŞla Rusiya arasında nüvə müharibəsi olsa...


Digərləri 17 Avq 2019 16:54:00 183 0

ABŞla Rusiya arasında nüvə müharibəsi olsa...

ABŞ-la Rusiya arasında tammiqyaslı nüvə müharibəsi Yer kürəsini on illiklər boyu nüvə qışına sürükləyərdi.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə qənaətlə ABŞ-ın Ratger universitetinin, atmosfer araşdırmaları üzrə Milli mərkəzinin və Kolorado universitetinin alimləri çıxış ediblər. Alimlərin araşdırmasının nəticələri "Journal of Geophysical Research" jurnalında dərc olunub.

Mütəxəssislər aydınlaşdırıblar ki, nüvə partlayışları kütləvi yanğınlara və atmosferə kütləvi şəkildə qatı qara tüstünün buraxılmasına (147 milyon tondan çox) gətirib çıxaracaq. "Nüvə buludu" Günəş şüalarının Yerə düşməsini məhdudlaşdıracaq və nəticədə temperatorun orta hesabla 7 dərəcə aşağı düşməsinə səbəb olacaq.

Stratosferdəki küləklər bu nüvə buludunu bütün Yer kürəsinə yayacaq və nəticədə planeti nüvə qışı bürüyəcək. Yerə normal Günəş şüalarının düşə bilməsi üçün ən azı 10 il vaxt lazım gələcək.

Habelə nüvə müharibəsi nəticəsində planetdə musson yağışları başlaya və Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun güclü tərəddüdləri yarana bilər.

(adsgarden = window.adsgarden || []).push({});