Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü


Digərləri 17 Avq 2019 16:36:00 209 0

Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

Tərtər rayonunun Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Samir Əli - Tərtər rayonunun Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində Tərtər rayonunun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.