DİQQƏT! Əcnəbilərlə evlənən qızları gözləyən təhlükə


Digərləri 17 Avq 2019 16:18:00 208 0

DİQQƏT! Əcnəbilərlə evlənən qızları gözləyən təhlükə

Son vaxtlar əcnəbilərlə ailə quran vətəndaşlarımızla bağlı problemlər tez-tez gündəmə gəlir. Əcnəbilərlə rəsmi nikah olmadan ailə quran azərbaycanlı xanımlar aliment, yaşayış icazəsi, eləcə də övlada atanın soyadının verilməsi kimi problemlərlə qarşılaşırlar. Bəs görəsən, bu problemlərin həll edilməsi üçün hansı addımlar atılmalıdır?

Son.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan sabiq deputat Aqil Səmədəbəyli Türkiyədə bu istiqamətdə problem yaşayan soydaşlarımıza dəstək olduğunu bildirib.

"Vətəndaşının hüquqlarını müdafiə etmək dövlətin borcudur. Ancaq bu, hər zaman mümkün olmur. Ona görə də vətəndaşlarımız özü təşkilatlanmalı və bir-birinə dəstək verməlidir. Təəssüf ki, Türkiyədə o qədər çox problemli insanımız var ki, hamısına kömək etməyə gücüm çatmaz. Bunu nəzərə alaraq, bu işi sistemli görmək üçün təşkilatlanırıq",- Səmədbəyli deyib.

A.Səmədbəylinin sözlərinə görə, digər xarici ölkələrdə olan ziyalılarımız da təşkilatlanaraq, soydaşlarımızın bu cür problemlərinin həllinə yardımçı ola bilərlər.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov saytımıza bildirib ki, 2018-ci ildə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan vətəndaşları arasında 2256 nikah bağlanıb, həmin nikahlardan 149-u boşanma ilə nəticələnib:

"Adətən belə cütlüklərin boşanmasının əsas səbəbi tərəflərin bir-birini yaxşı tanımaması, mədəniyyətlərin uyğunsuzluğu, ailə dəyərlərinin fərqliliyi, eləcə də zorakılıq hallarıdır".

E.Səfərov xaricilərlə ailə həyatı quran Azərbaycan vətəndaşlarının sıx rastlaşdığı problemlərə də toxunub:

(adsgarden = window.adsgarden || []).push({});