Fransada atəşfəşanlıq zamanı 13 nəfər xəsarət aldı


Digərləri 17 Avq 2019 16:17:00 220 0

Fransada atəşfəşanlıq zamanı 13 nəfər xəsarət aldı

Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb

Bakı. Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb. Trend-in məlumatına görə, qayıqdan sahilə buraxılan fişənglərdən biri elə qayıqdaca partlayıb. Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə yerində yardım göstərilib. Hadisənin fəsadlarının aradan qaldırılması üçün 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.