Hipersəs sürətinə malik silahlarda kim qabaqdadır:


Dünya 17 Avq 2019 15:12:00 245 0

Hipersəs sürətinə malik silahlarda kim qabaqdadır:

Rusiya Birləşmiş Ştatlardan hipersəs sürətinə malik silahların texnologiyalarını oğurlamır, əksinə, o, bu sahədə liderdir. Bunu isə Rusiyada ABŞ-da analoqu olmayan belə silahların olması sübut edir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamalarında ekspertlər bildiriblər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiyanı hipersəs sürətinə malik silahların yaradılması ilə bağlı texnologiyaları oğurlamaqda ittiham edib.

Rusiyalı hərbi ekspert İqor Korotçenko hesab edir ki, artıq yalnız mövcud texnologiyaları tətbiq etməklə hipersəs sürətinə malik silahı yaratmaq mümkün deyil. Bunun üçün iqtisadiyyat və elmin materialşünaslıq və dəqiq mexanika kimi digər sahələrinin paralel şəkildə inkişafı da tələb olunur.

"Onda niyə bizdə olan silahların analoqu ABŞ-da yoxdur? Bu ondan xəbər verir ki, biz hipersəs sahəsində doğrudan da ABŞ-dan öndəyik. Boltonun bəyanatı isə ABŞ-ın yüksək vəzifəli məmurlarının Rusiya əleyhinə ritorikasına dair növbəti nümunədir", - deyə Korotçenko vurğulayıb.

O, həmçinin Boltonun son bəyanatla ABŞ vergi ödəyəciləri qarşısında Birləşmiş Ştatlarda belə silahların olmamasına görə bəraət qazanmaq istəməsini də istisna etməyib.

Rusiyalı hərbi ekspert, Hərbi-Sənaye Komissiyasının Kollegiyası yanında ekspert şurasının üzvü Viktor Muraxovski isə hesab edir ki, hipersəs sürətində hərəkət üçün lazım olan texnologiyanın əsas elementləri hələ SSRİ zamanında hazırlanıb: "Həmin vaxt istilik qoruyucu materiallar "Buran" kosmik gəmisi hipersəs sürətində atmosferə daxil olması üçün istifadə olunub".

(adsgarden = window.adsgarden || []).push({});