Hizbullah lideri İrana qarşı müharibə haqda xəbərdarlıq edib:


Dünya 17 Avq 2019 14:34:00 257 0

Hizbullah lideri İrana qarşı müharibə haqda xəbərdarlıq edib:

"İrana qarşı hər hansı bir müharibə, bütün müqavimət cəbhəsinə qarşı müharibə hesab edilir. Bu regionun hamısında partlayışa və alova bürünməsinə səbəb olacaq."

Son.az İnteraz-a istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.

Hizbullah lideri ötən gün 2006-cı ilin 33 günlük müharibəsinin ildönümü münasibətilə çıxışı zamanı baş verə biləcək hər hansı bir müharibə ilə bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə İrana qarşı müharibə bütün müqavimət cəbhəsinə qarşı müharibə hesab ediləcək və bütün bölgə partlayacaq.

Həsən Nəsrullah eyni zamanda 2006-cı ilin Hizbullahı ilə təşkilatın hazırki vəziyyətini müqayisə edib və İsrail və ya ABŞ-ın təşkilata qarşı başlatmaq istədiyi hər hansı bir müharibə ilə bağlı xəbərdarlıq edib.