4 gün iş, 3 gün istirahət


Digərləri 17 Avq 2019 14:39:00 56 0

4 gün iş, 3 gün istirahət

Ekspert: "4 günlük iş rejiminə keçid bilavasitə iqtisadiyyatın inkişafı ilə bağlı olan məsələdir"

Xəbər verdiyimiz kimi, Rusiya əmək haqqının saxlanması şərti ilə işsizliyin qarşısını almaq və həyat keyfiyyətini artırmaq üçün həftədə 4 günlük iş rejiminə keçməyə hazırlaşır. Belə ki, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyası ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinə dörd günlük iş həftəsinə keçidlə bağlı təklif göndərib. Bu barədə Federasiyanın saytında bildirilib. Cari ilin iyun ayında Cenevrədə keçirilən Beynəlxalq əmək konfransında Rusiyanın Baş naziri Dmitriy Medvedyev də bu ehtimalı dilə gətirmişdi. Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının təklifində iş günlərinin sayının azalması fonunda əmək haqqının əvvəlki kimi qalması əsas şərt göstərilib. Federasiya rəsmisi Yelena Kosakovskaya bildirib ki, hələlik Rusiyada 4 və ya 3 günlük iş həftəsinə keçən şirkətlər bunu maliyyə çətinliklərinə görə edirlər. Belə ki, onlar əməkdaşların iş saatı ilə bərabər, məvacibini də azaldırlar.

Rusiya əhalisi arasında aparılan sorğu nəticəsində isə məlum olub ki, sakinlərin 43 faizi həftədə 4 gün işləmək sisteminə qarşıdır. Belə ki, əhali az işləyəcəyi halda əmək haqlarının azalmasından qorxur. Lakin Rusiya dövləti əhalinin 4 həftəlik iş sistemində də mövcud maaşları saxlamağı hədəfləyib.

Xatırladaq ki, dörd günlük iş həftəsinə keçid bir sıra ölkələrdə artıq baş tutub. Hələ ki bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarır. Artıq Yeni Zelandiya, Böyük Britaniya və Yaponiyada da bir çox şirkət işçilərə həftədə 3 gün istirahət verməyə başlayıb. Bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi bir neçə gündür ki, mətbuatda müzakirə edilir. Görəsən, Azərbaycanda iş günlərinin sayı azaldıla bilərmi? Azərbaycanın iqtisadiyyatı, əmək bazarı buna hazırdırmı?

Son.az bildirir ki, "Yeni Müsavat"a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, 4 günlük iş sisteminə keçid inkişaf etmiş ölkələr, o cümlədən Avropa ölkələri üçün məqbul sayılsa da, Azərbaycan kimi ölkələr üçün indiki şəraitdə məqbul sayılmır: "Çünki 4 günlük iş rejiminə keçid bilavasitə iqtisadiyyatın inkişafı ilə bağlı olan bir məsələdir. Qanunvericilik yolu ilə kompleks şəkildə onu Əmək Məcəlləsində tətbiq etmək indiki şəraitdə real deyil. Ayrı-ayrı müvafiq strukturlarda, bu və ya digər sahibkarlar tərəfindən tətbiq edilə bilər. Ancaq dövlət tərəfindən kompleks halda qanunvericilikdə tətbiqi çətin məsələdir. Çünki iqtisadiyyat o qədər inkişaf etməlidir ki, 4 günlük iş rejiminə keçilə bilsin. Bu zaman iqtisadi və texnoloji inkişaf nəticəsində iqtisadiyyatda, istehsalda insan amili minimum səviyyəyə enməlidir".

Hizbullah lideri İrana qarşı müharibə haqda xəbərdarlıq edib: like
  • 17 Avq 14:34  
Dünya Hizbullah lideri İrana qarşı müharibə haqda xəbərdarlıq edib:

"İrana qarşı hər hansı bir müharibə, bütün müqavimət cəbhəsin

arrow Ətraflı
BAKIDA cəmi 42 manata insanları varlandıran kor falçı qadın peyda olub like
  • 17 Avq 14:24  
Digərləri BAKIDA cəmi 42 manata insanları varlandıran kor falçı qadın peyda olub

Son zamanlar falçılıq, ekstrasenslik edənlərin sayı artmaqdadır.

arrow Ətraflı
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb (FOTO) like
  • 17 Avq 14:21  
Digərləri Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb (FOTO)

Gömrük qaydalarının pozulması yolu ilə gətirilən mobil telefonların olm

arrow Ətraflı
Türkiyədə avtobus aşdı like
  • 17 Avq 14:19  
Dünya Türkiyədə avtobus aşdı

Türkiyənin qərbindəki Çanaqqala vilayətində avtobus aşıb.

arrow Ətraflı
Aysel Teymurzadə ailəsi ilə Qəbələdə like
  • 17 Avq 14:14  
Şou-biznes Aysel Teymurzadə ailəsi ilə Qəbələdə

Xalq artisti Elçin Əzizov ailəsi ilə birlikdə bu dəfə Azərbaycanın böl

arrow Ətraflı
Xocəsən poçt şöbəsində quldurluq: like
  • 17 Avq 14:09  
Kriminal Xocəsən poçt şöbəsində quldurluq:

Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini t

arrow Ətraflı
Türkiyədə avtobus aşdı - Ölən və xəsarət alanlar var like
  • 17 Avq 14:01  
Digərləri Türkiyədə avtobus aşdı - Ölən və xəsarət alanlar var

Türkiyənin qərbindəki Çanaqqala vilayətində avtobus aşıb

arrow Ətraflı
26 yaşlı oğlanın İNTİHAR SƏBƏBİ ŞOKA SALDI like
  • 17 Avq 13:59  
Dünya 26 yaşlı oğlanın İNTİHAR SƏBƏBİ ŞOKA SALDI

Türkiyənin Tekirdağ vilayətində 9 yaşından 18 yaşına qədər qohumu tə

arrow Ətraflı
44 gündür axtarılan Hacını oğlu öldürübmüş like
  • 17 Avq 13:57  
Dünya 44 gündür axtarılan Hacını oğlu öldürübmüş

Konyada 44 gündür axtarışı davam etdirilən 55 yaşlı şəxsin, oğlu tər

arrow Ətraflı
Turistə "eybəcər" deyən aeroport işçisi qovuldu like
  • 17 Avq 13:54  
Dünya Turistə "eybəcər" deyən aeroport işçisi qovuldu

Turistə "eybəcər" deyən hava limanı işçisi vəzifəsindən kən

arrow Ətraflı
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: like
  • 17 Avq 13:49  
Digərləri Polisdən dilənçilərlə bağlı xəbərdarlıq:

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərda

arrow Ətraflı
Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar like
  • 17 Avq 13:46  
Digərləri Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini t

arrow Ətraflı
İntim görüntüləri ilə gündəm olan yarışdakı qız like
  • 17 Avq 13:44  
Şou-biznes İntim görüntüləri ilə gündəm olan yarışdakı qız

Britaniyanın İTV kanalında yayımlanan populyar "Love Island" (Sevg

arrow Ətraflı
Ata olacaqdı, balıq tutarkən boğulub öldü... like
  • 17 Avq 13:39  
Digərləri Ata olacaqdı, balıq tutarkən boğulub öldü...

Dünən saat 20:00 radələrində Yevlaxda bədbəxt hadisə baş verib.

arrow Ətraflı