Xocəsən poçt şöbəsində quldurluq:


Kriminal 17 Avq 2019 14:09:00 252 0

Xocəsən poçt şöbəsində quldurluq:

Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb edib və müqavimətlə rastlaşdığından ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıblar.

H.Babayevdən 5,229 qram marixuana götürülüb.