Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var


Digərləri 17 Avq 2019 13:30:00 57 0

Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib.

Bakı. Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib. Bu barədə Trend-ə İdarədən məlumat verilib. Məlumatda deyilir: "Paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyacanlı xəbər oldu. Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi. Baş verən əməlin ictimia təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var. Əmək qabiliyyəti olan, ancaq harda işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə ̶ nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır. İyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırovanın, avqustun 15-də 7 yaşlı R.Mirzəyevin, bacısı 6 yaşlı Mələyin oğurlanması ilə təkrarlanan növbəti hadisə polisin bu istiqamətdə tədbirləri nəticəsində müəyyən olunan azyaşlılar məhz dilənçilərdən aşkar olunub. Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olmalı, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmasınlar, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymasınlar. Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir.
Azərbaycanlı modeldən Amerikada maraqlı addım like
  • 17 Avq 13:29  
Şou-biznes Azərbaycanlı modeldən Amerikada maraqlı addım

Azərbaycanlı model və müğənni Stefano Suaros maraqlı addım atıb.

arrow Ətraflı
Atambayevin həbs qoyulan əmlakları like
  • 17 Avq 13:19  
Dünya Atambayevin həbs qoyulan əmlakları

Qırğızıstanın Baş Prokurorluğu istintaqa cəlb edilən keçmiş Prezident

arrow Ətraflı
Daha bir süd istehsal edən sex bağlandı like
  • 17 Avq 13:14  
Digərləri Daha bir süd istehsal edən sex bağlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ər

arrow Ətraflı
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür like
  • 17 Avq 13:04  
Digərləri Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğu

arrow Ətraflı
Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub like
  • 17 Avq 13:01  
Digərləri Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

Oğuz rayon sakini S.İslamovu münaqişə zəminində bıçaqla qətlə yetirmi

arrow Ətraflı
"Çeşka" yolda qaldı, "ML"dən düşüb belə kömək etdilər like
  • 17 Avq 12:59  
Digərləri "Çeşka" yolda qaldı, "ML"dən düşüb belə kömək etdilər

Bakı şəhəri, Ziya Bünyadov prospektindəki körpünün üstündə köməksi

arrow Ətraflı
"Seksual bədəndə sağlam ruh olar" like
  • 17 Avq 12:54  
Şou-biznes "Seksual bədəndə sağlam ruh olar"

"Tətildə balina kimi yesəm də, idmanla - əsasən, kardio ilə məşğu

arrow Ətraflı
"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb like
  • 17 Avq 12:46  
Digərləri "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

Bakı Metropoliteninin “28 May” stansiyasında 3 ay əvvəl istifadəsi daya

arrow Ətraflı
Kanala düşən maşın NİŞANLI CÜTLÜYə məzar oldu like
  • 17 Avq 12:44  
Dünya Kanala düşən maşın NİŞANLI CÜTLÜYə məzar oldu

Türkiyənin Osmaniye vilayətində avtomobil su kanalına düşüb.

arrow Ətraflı
Nura Bodruma 12 çemodan paltar daşıyıbmış like
  • 17 Avq 12:39  
Şou-biznes Nura Bodruma 12 çemodan paltar daşıyıbmış

Müğənni Nura Suri bir aydır ki, Bodrumda istirahətdə idi.

arrow Ətraflı
“Relax”da kottecdən ilan çıxdı like
  • 17 Avq 12:34  
Digərləri “Relax”da kottecdən ilan çıxdı

Lerikdə məşhur istirahət mərkəzinin otağından ilan çıxıb. 

arrow Ətraflı
Ukraynada hotel yandı like
  • 17 Avq 12:29  
Dünya Ukraynada hotel yandı

Ukraynanın Odessa şəhərində hotellərin birində baş vermiş yanğın nət

arrow Ətraflı
Qaxda hamilə qadın özünü öldürmək istədi like
  • 17 Avq 12:24  
Digərləri Qaxda hamilə qadın özünü öldürmək istədi

Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.

arrow Ətraflı