Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub


Digərləri 17 Avq 2019 13:01:58 256 0

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

Oğuz rayon sakini S.İslamovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş Şəki rayon sakini E.Məmmədov saxlanılıb.

Bakı. Samir Əli - Oğuz rayon sakini S.İslamovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş Şəki rayon sakini E.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 16-da Oğuz rayonunun Bucaq kəndi ərazisində Şəki rayon sakini E.Məmmədov münaqişə zəminində kənd sakini Siyavuş İslamovu bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.