"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb


Digərləri 17 Avq 2019 12:46:00 189 0

"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

Bakı Metropoliteninin “28 May” stansiyasında 3 ay əvvəl istifadəsi dayandırılan eskalatorun yoxlanması işləri tamamlanıb.

Bakı. Samir Əli - Bakı Metropoliteninin “28 May” stansiyasında 3 ay əvvəl istifadəsi dayandırılan eskalatorun yoxlanması işləri tamamlanıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, istehlakçı şirkət tərəfindən eskalatorlara baxış keçirilib: "Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Əvvəldən əldə edilmiş razılaşmaya görə, onlar istədikləri zaman eskalatorların vəziyyətini təftiş edə bilər və “Bakı Metropoliteni” buna şərait yaratmalıdır. Artıq eskalatorda işlər bitib”.