Qaxda hamilə qadın özünü öldürmək istədi


Digərləri 17 Avq 2019 12:24:00 262 0

Qaxda hamilə qadın özünü öldürmək istədi

Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb. 

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilməş yaraları diaqnozu qoyulub. Hal-hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.

Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib: "Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib".

Faktla bağlı araşdırma aparılır.