Ukraynada hotel yandı


Dünya 17 Avq 2019 12:29:00 222 0

Ukraynada hotel yandı

Ukraynanın Odessa şəhərində hotellərin birində baş vermiş yanğın nəticəsində 8 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın gecə saatlarında "Tokio Star" hotelinin ikinci mərtəbəsində başlayıb.

Hadisə nəticəsində həmçinin 10 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması üçün 65 yanğınsöndürən və 10 texnika cəlb olunub.

Yanğının səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.


Xəbərə aid fotolar