Dünya çempionunun həlak olduğu qəzanın


Digərləri 17 Avq 2019 11:39:00 217 0

Dünya çempionunun həlak olduğu qəzanın

İyun ayının 30-da özünün idarə etdiyi "Niva" markalı maşınla qəzaya düşüb dünyasını dəyişmiş qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladovun qəza anını əks etdirən yeni video üzə çıxıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu görüntülərdə idmançının idarə etdiyi avtomobilin arxadan zərbə almadığı dəqiq müşahidə olunur.  Məlumat üçün bildirək ki, bu günə qədər məhz bu məqam müzakirə mövzusu idi. 

Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.