Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək


Digərləri 17 Avq 2019 11:35:19 199 0

Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

Azərbaycanda avqustun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda avqustun 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-aTrend-əolacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 30-34° isti olacaq. Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 35-40° isti olacağı ehtimalı var. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir. Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır.