Ukraynada hotel yandı - 8 ölü


Digərləri 17 Avq 2019 11:22:00 221 0

Ukraynada hotel yandı - 8 ölü

Ukraynanın Odessa şəhərində hotellərin birində baş vermiş yanğın nəticəsində 8 nəfər həlak olub

Bakı. Ukraynanın Odessa şəhərində hotellərin birində baş vermiş yanğın nəticəsində 8 nəfər həlak olub. Trend-in məlumatına görə, yanğın gecə saatlarında “Tokio Star” hotelinin ikinci mərtəbəsində başlayıb. Hadisə nəticəsində həmçinin 10 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması üçün 65 yanğınsöndürən və 10 texnika cəlb olunub.