"Tanrı"ya görə 120 nəfərin qanı töküldü
Dünya 17 Avq 2019 11:19:00 236 0
Hindistanda keçirilən qəribə mərasim nəticəsində 120 nəfərdən çox insan xəsarət alıb.
Son.az Sputniknews-a istinadla xəbər verir ki, qədim tarixi olan mərasimdə insanlar bir-birlərini daşlayaraq Hindistan tanrısı Varahini sakitləşdirdiklərini düşünürlər. Adətə görə, yerli sakinlər tanrı üçün bir-birlərinin qanını çıxartmalıdırlar.
"Bagual" adlanan mərasimdə insanların xəsarət alacağı barədə xəbərdarlıq edilsə də, iştirakçılar buna əhəmiyyət vermədən bir-birlərini daşlayıb, qanını töküblər.
Nəticədə, bu il 120 nəfrədən çox insan xəsarət alıb.
(adsgarden = window.adsgarden || []).push({});
Mənbə: milli.az