3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır


Digərləri 17 Avq 2019 10:14:00 207 0

3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır

Bu gün saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a bildirilib ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.