Madonnanı Madonna edən səhnə performansları


Digərləri 17 Avq 2019 10:04:00 256 0

Madonnanı Madonna edən səhnə performansları

"Popun kraliçası" hesab edilən Madonnanın bu gün 61 yaşı tamam olur.

Son.az ölkə.az-a istinadən bu yaşında Madonnanı Madonna edən və hafizələrdə qalan bəzi performansları və fotolarını təqdim edirik.

62 yaşına qədəm qoyan "Pop kraliçası" bu günədək  çıxış etdiyi  səhnələrdə unudulmaz anlara imza atıb. Öz qeyri-adi hərəkətləri, üzləşdiyi ən çətin anlardan belə çıxış vəziyyəti tapması ilə Madonna özünə rəğbət qazandırıb. O, səhnədəki möhtəşəm şouları zamanı qəzaları ilə də yaddaşlarda qalıb.

İndi sizlərə onun ən yada qalan fotolarının bəzilərini tədqim edirik. Məsələn 2003-cü ildə  MTV-də Musiqi mükafatlarının təqdimatı zamanı  Britney Spearsla  birlikdə ifa etdikləri mahının ortasında bir-birini öpməsi  bütün dünyanı çaş-baş vəziyyətə salıb.

Madonna elə həmin gecədə  Christina Augilera ilə də öpüşüb. Amma bu öpüş Britney Spearslə öpüş kimi müzakirə predmeti olmayıb.

1984-cü ildə uzun gəlinlik paltarında səhnəyə çıxan Madonna dikdabanı paltara ilişərək yıxılır. Buna baxmayaraq sənətkar halını pozmadan ifasını davam etdirir və bu yıxılmağını  səhnə performansının bir parçası kimi göstərir.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar