Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü


Digərləri 17 Avq 2019 09:54:00 195 0

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub. 

S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.