Çin robotları qoşqu itləri qədər güclüdür – VİDEO


Digərləri 17 Avq 2019 08:51:00 246 0

Çin robotları qoşqu itləri qədər güclüdür – VİDEO

Bəziləri üçün itlər sadiq və sevimli ev heyvanları, digərləri üçün isə ağır iş görən köməkçilərdir. Azərbaycanda, o cümlədən bir çox ölkələrdə itlərdən cinayətkarları tutmaq və narkotik axtarmaq üçün polis tərəfindən tez-tez istifadə olunur. Soyuq, qarlı bölgələrdə isə insanları və ağır yükləri xizəyə qoşularaq daşıya bilən, hamının rəğbətini qazanan qoşqu itləri xüsusilə məşhurdur. Yəqin ki, yaxın gələcəkdə qoşqu itləri, nəhayət, dincələ biləcəklər, çünki artıq robotlar onların işini demək olar ki, çox yaxşı bacarır.

Son.az ted.az-a istinadən bildirir ki, hazırda bir neçə şirkət robotlaşdırılmış itlər hazırlayır. Onlardan ən məşhuru 2019-cu ildə yüz "SpotMini" robot itinin satışını planlaşdıran Amerikanın "Boston Dynamics" şirkəti hesab olunur. "Amazon Re: MARS"ın iyun ayındakı ticarət sərgisi zamanı məlum olub ki, alıcılar ağır tikinti materiallarının daşınmasında onlardan köməkçi kimi istifadə edə bilərlər. Bundan başqa, onların alternativ tətbiqi də var - onlar robot döyüşlərinin iştirakçısı olacaqlar.

Robotlaşdırılmış it nə edə bilər?

Digər robot it istehsalçısı Çinin "Unitree Robotics" şirkətidir. O, 2017-ci ildə Aya səyahət edən ilk itin şərəfinə adlandırılan "Laikago" adlı model təqdim etdi. 24 kilo olan modelin boyu 0,6 metr idi. İstehsalçıların fikrincə, dolu batareya dörd saat davamlı işləməyə qadirdir. Robot itin gücü 7 kiloqram ağırlığı qaldırmaq üçün kifayət edir.

Hal-hazırda robotun "Laikago Pro" adlı təkmilləşdirilmiş daha yaxşı versiyası mövcuddur. Bu yaxınlarda o, hər növ ağırlığı birgə qaldırmaq və daşımaq bacarığını nümayiş etdirib. Aşağıda qeyd olunan videoda bir neçə robot itin bir insanı necə asanlıqla qaldırması və birlikdə kifayət qədər çəkisi olan avtomobili dartıb apara biləcəyinə baxmaq olar. Sonda robotun labirintdən necə keçdiyi də göstərilir.

Bu video artıq robotların qoşqu itlərini əvəz edə biləcəyinin birbaşa sübutudur. Onlar asanlıqla ağır bir xizəyi sürməyi bacarlar və mühəndislər yalnız robotların qarda dayanıqlığını necə artırmağı öyrənməlidirlər. Belə bir köməkçiyə sahib olmaq istəyənlər elə indi "Unitree Robotics"in rəsmi veb-saytı vasitəsi onu əldə edə bilərlər. Saytda dəqiq qiymət göstərilmir, ancaq xarici mənbələr qiymətin 45000 dollar civarında olduğunu söyləyirlər.

(adsgarden = window.adsgarden || []).push({});