Need for Speed Heat – ilk video oyun treyleri VİDEO


Digərləri 17 Avq 2019 08:59:00 216 0

Need for Speed Heat – ilk video oyun treyleri  VİDEO

"Need for Speed Heat" 2 dəqiqəlik video oyun treylerini təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, tərtibatçılar oyunun simulyator seriyasının yeni hissəsinin treylerinini yayımlayıblar. Oyunun yeni versiyasında avtomobil tənzimləmə parametrlərini (tunning) və küçə yarışlarının oyuna qayıtdığını görə bilərsiniz.

Layihə iki hissəyə bölünür - gündüz rəsmi "Speedhunters Showdown" yarışları keçirilir, burada oyunçular yeni avtomobilləri yaxşılaşdırmaq və almaq üçün pul qazanırlar. Gecə isə nüfuz artıracaq qanunsuz küçə yarışları başlayır, bu da daha inkişaf etmiş modifikasiyaya giriş açır.

Qeyd edək ki, "Need for Speed Heat" oyununu "Origin Access" abunəçiləri 5 noyabr, dünyanın digər oyunçuları isə 8 noyabrdan istifadə edə biləcəklər.

(adsgarden = window.adsgarden || []).push({});