2020ci ilin hibrid Porsche Cayennei nümayiş etdirildi VİDEO


Digərləri 17 Avq 2019 08:21:00 259 0

2020ci ilin hibrid Porsche Cayennei nümayiş etdirildi  VİDEO

"Porsche Turbo S E-Hybrid" krossoverinin yenilənmiş modeli hibrid quraşdırmaya malikdir. Avtomobilin gücü 670 at gücü səviyyəsinə çatıb.

Həmçinin qeyd etmək lazımdır ki, müştərilərə kuzovunun tipi ilə fərqlənən iki modifikasiya təklif olunacaq.

Son.az ted.az-a istinadən bildirir ki, "Porsche Turbo S E-Hybrid"in kupe variantı hibrid olacaq. Bununla yanaşı, cəmi 3,6 saniyə ərzində 100 km sürət yığmaq mümkündür. Yeniliyin maksimal hərəkət sürəti 295 km/s-dan çox deyil.

"Porsche Turbo S E-Hybrid"in standart komplektləşməsində artıq karbon-keramik əyləclərdən istifadə olunub. Nəzərdə tutulan batareyaların gücü 40 kilometrə qədər yolu qət etməyə imkan verir. Hələlik, Amerika bazarında hibrid krossoveri 161 min dollardan başlayan qiymətlə əldə etmək mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});