Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub


Digərləri 17 Avq 2019 08:25:46 189 0

Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb

Bakı. Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları və taxta qapı 10 m² sahədə qismən yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.