Bəs siz gün ərzində smartfonunuzda nə qədər vaxt keçirirsiniz? –


Digərləri 17 Avq 2019 07:21:00 206 0

Bəs siz gün ərzində smartfonunuzda nə qədər vaxt keçirirsiniz? –

Bu gün dünyada 2.7 milyard aktiv smartfon istifadəçisi var. Smartfonlardan gün ərzində o qədər çox istifadə edirik ki, artıq bu istifadə asılılıq halına gəlir.  Bundan can qurtarmaq çətin olsa da, "Google"un yeni tətbiqi "Digital welbeing" istifadəçilərin gün ərzində tətbiqlərdə keçirdikləri zamanla bağlı məlumat verərək bu vərdişi nizamlamaq imkanı yaradır.

Son.az ted.az-a istinadən bildirir ki, "Google"un yeni tətbiqi "Digital welbeing" istifadəçilərə istifadə etdikləri tətbiqlərlə bağlı statistikalar verir. Bu statistikalar istifadəçilərə hansı tətbiqdən nə qədər istifadə etdiklərini göstərir. Elə siz də bu tətbiqin köməyi ilə smartfon istifadənizin həyatınıza təsirini balanslaşdıra və öz smartfon vərdişlərinizi daha aydın formada görə bilərsiniz.

"Digital welbeing" sizə gün ərzində telefonunuzu neçə dəfə açıb-bağladığınızı, telefonunuza gələn bildiriş sayını da göstərir. İstəsəniz tətbiq üzrərindən smartfonunuzdakı proqramlara vaxt da qoya bilərsiniz ki, müəyyən bir vaxtdan sonra samrtfon sizə tətbiqdə keçirdiyiniz vaxtla bağlı bildiriş göndərsin.

"Digital welbeing" telefonda yüklü olduğu müddət ərzində bütün günlərin statistik məlumatlarını toplayır. Bu tətbiqin İOS-un alternativi isə "screen time"dır. İOS cihazınızın tənzimləmələr bölmündən "screen time"a keçərək oradan hansı tətbiqdə nə qədər vaxt keçirdiyinizi öyrənə bilərsiniz.

(adsgarden = window.adsgarden || []).push({});