ABŞ İranın “Grace 1” tankerin saxlanılmasına dair order verib


Digərləri 17 Avq 2019 05:41:50 206 0

ABŞ İranın “Grace 1” tankerin saxlanılmasına dair order verib

ABŞ məhkəməsi bir müddət əvvəl Cəbəllütariq rəhbərliyi tərəfindən buraxılmış İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib

Bakı. ABŞ məhkəməsi bir müddət əvvəl Cəbəllütariq rəhbərliyi tərəfindən buraxılmış İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib. Trend-in məlumatına görə, Kolumbiya dairə məhkəməsi ölkənin “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, bank fırıldaqçılığı və pulların yuyulması, eləcə də terrorçuluqla bağlı olduğu üçün müsadirə haqqında qanunlarının pozulduğunu əsas gətirərək tankerin və göyərtəsində olan bütün neft məhsulun, 995 min dollar vəsaitin müsadirə olunmasına dair qərar verib. Əminliklə ifadə olunub ki, tanker ABŞ-ın daha əvvəl terror təşkilatı elan etdiyi SEPAH-ın maraqları naminə İrandan Suriyaya neft daşıyırmış.