Kartof bişirəndə suyunu atmayın! Təzyiqi salır, bağırsaqları təmizləyir...


Digərləri 16 Avq 2019 23:34:00 243 0

Kartof bişirəndə suyunu atmayın!  Təzyiqi salır, bağırsaqları təmizləyir...

Ən populyar tərəvəzlərdən biri olan kartof eyni zamanda ən faydalı tərəvəzlərdən biridir. Kartof kaliumla zəngin olduğundan ürəyin fəaliyyətini yaxşılaşdırır.

Bundan əlavə kalium bağırsaqların normal işləməsi və qəbizliyin qarşısının alınması üçün də çox vacibdir. Bəzən məhz bu mineralın orqanizmdə çatışmazlığı nəticəsində insanda qəbizlik inkişaf edir.

Maraqlıdır ki, hətta kartof bişirilən su da orqanizm üçün çox faydalıdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bunu Almaniyanın Qidalanma İnstitutundan olan mütəxəssislər sübut edir.

Alimlərin fikrinə görə, bu su orqanizmi ziyanlı maddələrdən təmizləyir və artrit zamanı faydalıdır.

Kaliumla zəngin olan kartof suyu bağırsaqların fəaliyyətini də yaxşılaşdırır, bağırsaqların boşalmasını tezləşdirir və asanlaşdırır.

(adsgarden = window.adsgarden || []).push({});