Azərbaycan nefti ucuzlaşıb


Digərləri 16 Avq 2019 23:30:00 233 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 61,44 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 61,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.