Günahsız yerə 26 il həbs yatdı, 1 milyon təzminat alacaq


Digərləri 16 Avq 2019 21:45:00 193 0

Günahsız yerə 26 il həbs yatdı, 1 milyon təzminat alacaq

ABŞ-ın Miçiqan əyalətində günahsız yerə 26 il həbs yatan David Qavittə 1,3 milyon dollar təzminat veriləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, David 1985-ci ildə qəsdən yanğın törətməklə arvadının və iki qızının ölümündə təqsirli bilinib. O, 1986-2012-ci illərdə ömrünün 26 ilini həbsxanada keçirməli olub.

David illər əvvəl yanğını qəsdən törətmədiyini, həyat yoldaşı ilə siqaret çəkərkən evin yandığını bildirsə də, günahsızlığı sübuta yetirilməmişdi. İllər sonra isə onun həqiqəti söylədiyi üzə çıxıb.

(adsgarden = window.adsgarden || []).push({});