Daşkəsəndə "VAZ" piyadanı vurub öldürdü


Digərləri 16 Avq 2019 20:59:40 207 0

Daşkəsəndə "VAZ" piyadanı vurub öldürdü

Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 15-də saat 19 radələrində Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində Yuxarı Daşkəsən qəsəbə sakini Q.Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Hüseynovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.