Evini kirayə verənlər, DİQQƏT VERGİLƏRƏ


Digərləri 16 Avq 2019 20:45:00 278 0

Evini kirayə verənlər, DİQQƏT VERGİLƏRƏ

Şəxsi evini notarius qaydası ilə kirayə verən fiziki şəxs gəlirindən vergi ödəməlidirmi?

Son.az bildirir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Bizimyol.infoya verilən məlumata görə, əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur.

Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi qeydiyyatda olduğu halda, ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutulmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına "Gəlir vergisi bəyannaməsi" təqdim etməlidir.