Meşədə narkotik bitkilər becərən İsmayıllı sakini saxlanılıb


Digərləri 16 Avq 2019 20:28:41 178 0

Meşədə narkotik bitkilər becərən İsmayıllı sakini saxlanılıb

Narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

Bakı. Samir Əli - İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Vəng kənd sakini 27 yaşlı İsmayıl Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, davam etdirilən tədbirlərlə rayonun Ruşan kəndindəki meşəlik ərazidə İ.Məmmədov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən ümumi çəkisi 6 kiloqrama yaxın 13 ədəd çətənə bitkisi aşkar edilib. Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.