Cənubi Koreya ilə KXDR arasında gərginlik artır


Dünya 16 Avq 2019 20:14:00 221 0

Cənubi Koreya ilə KXDR arasında gərginlik artır

Koreya Xalq Demokratik Respublikası (KXDR) qısa mənzilli raketlərin sınaqdan keçirilməsini dayandırmalıdır.

Son.az virtualaz.org-a istinadən bildirir ki,bu cür bəyanatı Cənubi Koreya hökuməti yayıb. Qeyd olunub ki, mərmi atılması KXDR-ın ABŞ və Cənubi Koreya Respublikasının birgə təlimlərinə etirazıdır.

Xatırladaq ki, cümə günü səhər saatlarında Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizi istiqamətində iki naməlum raket buraxıb. Yaponiya hökuməti bəyan edib ki, raketlər Yaponiya ərazisinə və ya məxsusi iqtisadi zonaya çatmayıb.