Sabirabadda 2 maşın toqquşdu


Digərləri 16 Avq 2019 19:54:00 205 0

Sabirabadda 2 maşın toqquşdu

Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində "QAZ-2410" və "KİA" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 15-də saat 8 radələrində Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində Saatlı rayon sakini Vüqar Bağırovun idarə etdiyi "QAZ-2410" və İmişli rayon sakini Ə.Xudiyevin idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub.

Nəticədə V.Bağırov və Ə.Xudiyevin sərnişinləri olan həmyerliləri Sərxoş Əliyev və Səmayə Muradova hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.