Nikol Paşinyanın ətrafında zəlzələ xarakterli olaylar baş verir


Dünya 16 Avq 2019 19:59:00 204 0

Nikol Paşinyanın ətrafında zəlzələ xarakterli olaylar baş verir

Ermənistan baş naziri Nikol Paşinyan iki müşavirini - Arsen Qasparyan (dərhal) və Aram Qəribyanı (sentyabrın 2-dən) işdən çıxardıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə məlumat hökumətin rəsmi saytında yerləşdirilib.

Adı çəkilən hər iki şəxs Paşinyanın baş müşavirləri olub.

Arsen Qasparyan uzun müddət Ermənistan Xarici İşlər Nazirliyində Yaxın Şərq regionu üzrə işləyib. O, 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə nümayəndə heyətinə daxil olub. 2006-2018-ci illərdə Mayamidə kollecdə və universitetdə dərs deyib.

Aram Qəribyan isə əvvəlki hökumətdə işləyib. O, 2008-2011-ci illərdə baş nazir Tiqran Sarkisyanın baş müşaviri, daha sonra isə hakimiyyət dəyişənə qədər Serj Sarksyanın müşaviri olub.