“İstəməyən kişi tərəfi ola bilər” Rəsmi nikaha dırnaqarası BAXANLAR


Digərləri 16 Avq 2019 18:49:00 455 0

“İstəməyən kişi tərəfi ola bilər”  Rəsmi nikaha dırnaqarası BAXANLAR

Təəssüf ki, 21-ci əsrdə hələ də rəsmi nikahın vacib olmadığını düşünənlər var. Son.az ARB TV-yə istinadən xəbər verir ki, nikahdan yayınanlar isə daha çox kişi tərəfi, yaxud nikah yaşına çatmadan ərə gedən qızlardı. Sakin: "Uşaq dünyaya gəlirsə baxmır rəsmidir, qeyri rəsmidir. Təbii ki öz canından, qanından dünyaya gəlibsə onun rəsmiyyətə adiyyatı yoxdur".  Sakin: "Nigah o qədərdə insanı bir birinə bağlamır. Əsas odur ki ,insan bir-birinə bağlanmalıdır". Sakin: "Şəhərdə pramoy nigaha daxil olurlar. Amma kəndlərdə isə yox, adətən kəndlərdə az yaşlı qızlar nikaha daxil olmadan gedirlər". Sakin: "Ən çox istəməyən kişi tərəfi ola bilər. Gələcəyi fikirləşib mülk məsələsi, bölgülər zada görə nikahsiz çalışırlar eləsinlər". Sosioloqların da fikrincə gələcəkdə yaşana biləcək boşanma halları zamanı mal-mülkünü həyat yoldaşı ilə bölmək qorxusu bəzilərini münasibətlərini rəsmiləşdirməkdən çəkindirir. Evlənərkən, artıq ayrılmaq barədə düşünən beyinlərin rəsmi nikahdan qaçması isə təbii ki, başa düşüləndi. Əhməd Qəşəmoğlu - Sosioloq: "Bəzilərinə deyirlər əşşi, nigahi nə edirik, bəzisinə deyirlər islami nigahimiz var, o birisin nə edirik. Bunların bir çoxu məsuliyyətsizlikdir. Gələcəkdə o məsuliyyətdən qaçmaq üçündur. Yəni ki, dövlətdə qeydiyyatda olanda, boşananda problemlər çıxır məhkəməyə getmək məhkəmədən gəlmək, amma burada mollaya deyirsən boşayır. Və yaxud nikah yoxdursa sağol, papağını götürür evdən getdi və ya qovaladı evdən. Bu sahədə boşluq var". Gəldik məsələnin düyün nöqtəsinə. Bəziləri üçün rəsmi nikahın üzərinə kölgə salan dini nikah məsələsinə. Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən tərəflər arasında kəbini yalnız atestasiyadan keçən din xadimləri kəsə bilər. Göstərişə görə mollalar rəsmi nikahı olmayan cütlük üçün dini nikah bağlaya bilməz. Bəs necə olur ki, rəsmi nikahsız ailələrin sayı yenə də artır. Fəxri Sadiqov - İlahiyyatçı: "Bəzi qeydiyyatdan keçməyən, atestasiyadan keçməyən din xadimləri var ki, hazır vərəqlərə kəbini yazırlar və heç bir möhür vurmurlar, sadəcə olaraq qol çəkirlər və ümumi kütlədə bu kağıza aldanır. O kağızın icində adlar da çox vaxt düzgün yazılmır. Artıq 2 gəncin arasında olan ailə münasibətləri qeyri-qanuni hesab edilir". Statistikaya əsasən 2017-ci ildə ölkədə nikahdankənar doğulan körpələrin sayı 22 mindən çox olub. Keçən il isə bu rəqəm 20 minə enib. Kəndlərdə nikahsız uşaq dünyaya gətirənlərin sayı isə şəhər yerlərinə nisbətən iki dəfə çox olur.

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar