Ajax-da yeni müqavilə


İdman 16 Avq 2019 18:12:00 243 0

Ajax-da yeni müqavilə

Ajax-ın hücumçusu David Neresin taleyinə aydınlıq gəlib.

Goal.az xəbər verir ki, Frenki de Yonq və Matteys de Liqti satan Amsterdam təmsilçisi Nereslə bağlı eyni addımı atmayıb.

22 yaşlı forvard bir neçə nəhəng klubun maraq dairəsində olsa da, Hollandiya təmsilçisində qalmaq qərarına gəlib. Braziliya millisinin üzvü klubla yeni müqaviləyə qol çəkib. O, artıq 2023-cü ilə qədər Ajax-a məxsusdur.

Qeyd edək ki, David Neres 2017-ci ildən Ayax-ın əsas komandasında çıxış edir.