Bakıda yataqxana yanıb


Digərləri 16 Avq 2019 18:01:00 186 0

Bakıda yataqxana yanıb

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 kv.m olan otaqda 2 kv.m sahədə yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.