Bakıda yataqxanada yorğan-döşək yandı - 1 nəfər xilas edildi


Digərləri 16 Avq 2019 17:35:00 192 0

Bakıda yataqxanada yorğan-döşək yandı - 1 nəfər xilas edildi

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı. Bakıda yataqxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 kv.m olan otaqda 2 kv.m sahədə yataq dəsti yanıb. Məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib.