ZenitRaket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib


Digərləri 16 Avq 2019 17:01:00 206 0

ZenitRaket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.

Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar